وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ٤٥
Walaqad arsalnā ilā thamūda akhāhum sālihan ani'budullāha fa idhā hum farīqāni yakhtasimūn
Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər.
Təfsir
Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi - aleyhissəlam - elçi göndərdik. Saleh onları Allaha dəvət etdikdən sonra onlar öz aralarında ixtilafa düşərək, onlardan hansının haqq üzərində olduğları barədə bir-biri ilə mübarizə aparan, bir hissəsi mömin, diğər bir hissəsi isə kafir olmaqla iki firqəyə bölündülər.