ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ٢٨
Idhhab bikitābī hādhā fa alqih ilayhim thumma tawalla 'anhum fanzur mādhā yarji'ūn
Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”
Təfsir
Süleyman bir məktub yazıb onu hüdhüdə verdi və ona belə buyurdu: "Bu məktubumu Səba əhlinə apar və göydən onların üzərinə at. Sonra da onları dediklərini eşidəcək qədər uzaqda dur və bax gör bu məktuba nə cavab verəcəklər!"