طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ ١
Tā Sīn tilka āyātul-qur'āni wakitābim mubīn
Ta. Sin.1 Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.
Haşiyələr
1 Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
Təfsir
﴾Ta. Sin!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, Quran ayələridir. Bu, içərisində heç bir qarışığlıq olmayan açıq-aydın bir kitabdır. Kim onu tədəbbür edərək oxuyarsa, onun həqiqətən də Allah qatından nazil edildiyinə əmin olar.