ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ ٦
Dhū mirratin fastawā
gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü).
Təfsir
Cəbrail (aleyhissəlam) gözəl görünüşlüdür. O, yüksəlib öz surətində - Allahın yaratdığı xilqətdə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) göründü.