لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٥٥
Liyakfurū bimā ātaynāhum fatamatta'ū fasawfa ta'lamūn
Onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
Təfsir
Onların Allaha şərik qoşmaları, Uca Allahın onlara bəxş etdiyi nemətlər, nankorluq etmələrinə səbəb oldu. Allahın onlara bəxş etdiyi nemətlərdən biri də, sıxıntını onlardan götürməsi idi. Elə buna görə də onlara: "Allahın sizə tez və ya gec bir zamanda göndərəcəyi əzab gələnə qədər olduğunuz nemətlər içində kef çəkib əylənin!" – deyildi.