An-Nahl surəsi, ayə 5

16:5

وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ٥

Wal-an'āma khalaqahā lakum fīhā dif'un wamanāfi'u waminhā ta'kulūn

Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün (bədəninizi) isti saxlayan (yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan (onların ətindən) yeyirsiniz.

Təfsir

Ey İnsanlar! Dəvə, inək, qoyun və s. bu kimi heyvanları da sizin faydalanmanız üçün O yaratdı. Bu faydalardan biri də, sizin həmin hevyanların yunundan bə­dəninizi isti saxlaması üçün istifadə etmənizdir. Bu heyvanlarda sizin üçün onların südündən, dərisində və onlardan minik kimi istifadə etmək faydaları da vardır. Həmçi­nin, siz onların bəzilərinin ətindən yeyirsiniz.