وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٤٩
Walillāhi yasjudu mā fis-samāwāti wamā fil-ardi min dābbatin wal-malā'ikatu wahum lā yastakbirūn
Göylərdə və yerdə olanların hamısı – canlılar, hətta mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər.
Təfsir
Göylərdə və yerdə olan məxluqatın hamısı Allaha səcdə edirlər! Mələklər də Allaha ibadət və itaət etməkdə təkəbbürlük göstərmədən yalnız Ona səcdə edərlər!