An-Nahl surəsi, ayə 14

16:14

وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٤

Wahuwal-ladhī sakkharal-bahra lita'kulū minhu lahman tariyyan watastakhrijū minhu hilyatan talbasūnahā wataral-fulka mawākhira fīhi walitabtaghū min fadlihī wala'allakum tashkurūn

Təzə ət (balıq əti) yeməyiniz və taxdığınız bəzək şeylərini (mirvari və s.) çıxartmağınız üçün dənizi sizə ram edən Odur. Sən gəmilərin dənizi yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Allahın lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.

Təfsir

Dənizi də sizin xid­mə­ti­nizə ver­ən, ovladığınız balıqların təzə, yumuşaq ətidən yeməyiniz üçün dənizə çıxmanıza, sizin və qadınlarınızın taxıb istifadə etdiyiniz mərcan kimi bəzək şeylərini dənizin dibindən çıxarmanıza izin verən uca Allahdır. Sən gəmi­lə­rin, dənizin coşqun dalğalarını yara-yara üz­­üb getdiyini görürsən. Siz, Alla­hın lüt­fü ilə ticarət qazancı əldə etməyiniz üçün Allahın sizə bəxş etdiyi nemətlərə görə Ona şükür edib, yalnız Ona ibadət etmək ümüdü ilə o gəmilərə minirsiniz!