An-Nahl surəsi, ayə 110

16:110

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ ١١٠

Thumma inna rabbaka lilladhīna hājarū mim ba'di mā futinū thumma jāhadū wasabarū inna rabbaka mim ba'dihā laghafūrur rahīm

Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib, (çətinliklərə) səbir edənləri bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir.

Təfsir

Ey Peyğəmbər! Qəlbləri imanla arxayın olduğu halda küfr sözünü söyləyincəyə qədər müşriklərin işgəncəsinə məruz qalıb, onlar tərəfindən dinlərində imtahan edildikdən sonra Məkkədən Mədinəyə hicrət edən zülmə məruz qalan zəyif müsəlmanlara qarşı Rəbbin bağışlayan və rəhimilidir. Bu kimsələr, Allahın kəlməsi uca, kafirlərin kəlməsi isə alçaq olması üçün Allah yolunda cihad edən və bu yolda məşəqqətlərə səbir edən kimsələrdir. Həqiqətən, Rəbbin onlara edilən bu zülmdən və küfr kəlməsini söyləyincəyə qədər özlərinə verilən əzab-əziyyətdən sonra onları bağışlayar və onlara mərhəmət edər. Çünki onlar küfr sözünü əzab-əziyyətə və işgəncəyə məruz qaldıqları üçün söyləmişdilər!