رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا ٣٧
Rrabbis-samāwāti wal-ardi wamā baynahumar-rahmāni lā yamlikūna minhu khitābā
Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
Təfsir
Göylərin, yerin və onların arasında olanların Rəbbi, həm dünyada, həm də axirətdə mərhəmətli olan Allahdır. Yerdə və göydə olanlardan heç biri Allahın izni olmadan Ondan bir şey istəməyə qadir olmayacaqlar.