وَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ٨٧
Walā yasuddunnaka 'an āyātillāhi ba'da idh unzilat ilayka wad'u ilā rabbika walā takūnanna minal-mushrikīn
Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni əsla bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!
Təfsir
Uca Allahın ayələri sənə nazil edildikdən sonra diqqətli ol ki, o müşriklər səni bu ayələri oxumaqdan və onları insanlara təbliğ etməkdən döndərməsinlər. Sən insanları Uca Allaha iman etməyə, Onun vəhdaniyyətinə, şəriətinə əməl etməyə dəvət et və əsla Allahla yanaşı başqa ilahlara ibadət edən müşriklərdən olma. Əksinə, yalnız tək Allaha ibadət edən muvahhid qullarından ol!