Al-Qasas surəsi, ayə 64

28:64

وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ ٦٤

Waqīlad'ū shurakā'akum fada'awhum falam yastajībū lahum wara'awul-'adhāba law annahum kānū yahtadūn

(Müşriklərə:) “Şəriklərinizi çağırın!”– deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Kaş ki onlar doğru yola gəlmiş olsaydılar.

Təfsir

Qiyamət günü müşriklərə: "Haydı şərikləri­nizi çağı­rın onlar sizi düşdüyünüz bu rəzalətdən xilas etsinlər!" – deyiləcək. Müş­riklər də on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar orada özləri üçün hazırlanmış əza­bı gö­rüncə, dünya da olub, doğru yol tutub get­milərini arzu edəcəklər.