وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ٣٧
Waqāla mūsā rabbī a'lamu biman jā'a bil-hudā min 'indihī waman takūnu lahū 'āqibatud-dāri innahū lā yuflihuz-zālimūn
Musa dedi: “Rəbbim Öz tərəfindən kimin hidayətlə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Təfsir
Musa Firona xitab edərək belə dedi: "Rəbbim, uca Allah yanından kimin doğru yolu göstərən rəhbər gətirdiyini və axirətdə də gözəl sonluğun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar muradlarına yetişməzlər və qorxub qaçdıqlarından da canlarını qurtara bilməzlər!"