وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ٣٤
Wa akhī hārūnu huwa afsahu minnī lisānan fa arsilhu ma'iya rid'an yusaddiqunī innī akhāfu an yukaddhibūn
Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.
Təfsir
Qardaşım Harun məndən daha bəlağətli danışır. Firon və qövmü məni yalançı hesab etdikləri zaman dediklərimi təsdiqləyən mənə bir köməkçi kimi qardaşım Harunu da mənlə birgə göndər. Mən, keçmiş ümmətlərin özlərinə göndərilən peyğəmbərləri yalançı saydıqları kimi, onların da məni yalançı sayacaqlarından qorxuram!"