Al-Qasas surəsi, ayə 32

28:32

ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٣٢

Usluk yadaka fī jaybika takhruj baydā'a min ghayri sū'in wadmum ilayka janāhaka minar-rahbi fadhānika burhānāni mir rabbika ilā fir'awna wamala'ihī innahum kānū qawman fāsiqīn

Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki dəlildir. Çünki onlar fasiq bir qövmdürlər”.

Təfsir

"Sağ əlini köynəyinin boyun hissəsindən qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq və parlaq bir halda çıxsın!" Musa əlini qoynuna saldı və əli oradan qar kimi, ağappaq və parlaq bir halda çıxdı. "Qor­xu keçib get­sin deyə əlini özünə sıx!" Musa da əlini özünə sıxdı və beləliklə, qorxusu keçib getdi. "Sənə verilən bu iki əlamət: əsa və əl - Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Həqiqətən, on­lar küfür və günahlar etməklə Rəbbinin itaətindən uzaq olan bir qövümdür!"