وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ ٣١
Wa an alqi 'asāka falammā ra'āhā tahtazzu ka annahā jānnun wallā mudbiran walam yu'aqqib yāmūsā aqbil walā takhaf innaka minal-āminīn
Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçdı. (Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!
Təfsir
Əlindəki əsanı yerə at!" Musa da Rəbbinin əmrinə tabe olaraq əsanı yerə atdı. Musa, onun ilan kimi qıvrılıb hərəkət etdiyini görüncə, ondan qorxaraq geriyə belə baxmadan dönüb sürətlə qaçmağa başladı və qorxudan heç geriyə də qayıtmadı. Bu zaman Allah ona səslənərək belə dedi: "Ey Musa! Yaxın gəl, ondan qorxma! Şübhəsiz ki, sən, ondan və ondan başqa qorxunc şeylərdən əmin-amanlıqda olanlardansan!