وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ ١٢
Wafajjarnal-arda 'uyūnan fal-taqal-mā'u 'alā amrin qad qudir
Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu.
Təfsir
Biz yeri yardıq və beləcə, oradan bulaqlar qaynayıb çıxdı. Göydən tökülən və yerdən qaynayan sular Allahın əzəldən qədərə yazdığı bir iş üçün bir-birinə qovuşdu. Nəhayət, Allahın xilas etdiyi kimsələrdən başqa hamı suda qərq oldu.