وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ ٩
Waddū law tudhinu fayudhinūn
Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
Təfsir
Müşriklər, sən onlarla mülayim davranmanı və onlara güzəştə getməni, onlar da səninlə mülayim rəftar etmələrini və sənə güzəştə getmələrini istəyirlər.