Al-Qalam surəsi, ayə 51

68:51

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ ٥١

Wa in yakādul-ladhīna kafarū layuzliqūnaka bi absārihim lammā sami'udh-dhikra wayaqūlūna innahū lamajnūn

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.

Təfsir

Həqiqətən, Allaha küfr edənlər və Onun rəsulununu (səllallahu aleyhi və səlləm) yalançı sayanlar sənə nazil edilmiş bu Quranı eşitdikləri zaman, öz kəskin baxışları ilə az qala səni gözə gətirələr. Onlar nəfslərinin istəklərinə uyaraq və haqdan üz döndərərək: "Bu Quranı gətirən elçi dəlidir!" – deyirlər.