قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٢٩
Qālū subhāna rabbinā innā kunnā zālimīn
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.
Təfsir
Onlar dedilər: “Rəbbimiz pakdır və müqəddəsdir! Həqiqətən də, biz kasıbları bağımızın meyvələrindən verməyəcəyimizə niyyət etməklə özümüzə zülm etmişik!"