Al-Mumtahanah surəsi, ayə 7

60:7

۞ عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةٗۚ وَٱللَّهُ قَدِيرٞۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧

'Asallāhu an yaj'ala baynakum wabaynal-ladhīna 'ādaytum minhum mawaddatan wallāhu qadīrun wallāhu ghafūrur rahīm

(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında məhəbbət yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Ey möminlər! Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kafirlər arasında dostluq yaratsın. Yəni, Allah onları İslam dininə yönəltsin və beləliklə də, onlar sizin din qardaşlarınız olsunlar. Allah onların qəlbini imana doğru döndərməyə qadirdir. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.