Al-Mumtahanah surəsi, ayə 3

60:3

لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٣

Lan tanfa'akum arhāmukum walā awlādukum yawmal-qiyāmati yafsilu baynakum wallāhu bimā ta'malūna basīr

Nə qohum-əqrabanız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir.

Təfsir

Əgər qohumlarınıza və övladlarınıza görə kafirlərlə dostluq etsəniz, nə qohumlarınız, nə də övladlarınız sizə fayda verər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaq, sizlərdən Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə girəcək. Beləliklə də, heç biriniz digərinizə fayda verə bilməyəcəkdir. Allah nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Allahdan gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.