سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ ٨٧
Sayaqūlūna lillāhi qul afalā tattaqūn
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”
Təfsir
Onlar mütləq: "Yeddi qat göyün və əzəmətli ərşin Rəbbi uca Allahındır!"– deyə cavab verəcəklər. Sən də onlara belə de: "Elə isə Onun əzabından xilas olmaq üçün Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmursunuz?"