وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ ٨٠
Wahuwal-ladhī yuhyī wayumītu walahukhtilāful-layli wan-nahāri afalā ta'qilūn
Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?
Təfsir
Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla gecə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!