وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٧٩
Wahuwal-ladhī dhara'akum fil-ardi wa ilayhi tuhsharūn
Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız.
Təfsir
Ey İnsanlar! Sizi yer üzündə xəlq edən Odur. Siz Qiyamət günü haqq-hesab və etdiyiniz əməllərin müqabilini almaq üçün Onun hüzuruna toplanacaqsınız.