ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ ٤٤
Thumma arsalnā rusulanā tatrā kulla mā jā'a ummatar rasūluhā kaddhabūhu fa atba'nā ba'dahum ba'dan waja'alnāhum ahādītha fabu'dal liqawmil lā yu'minūn
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən qövm!
Təfsir
Sonra peyğəmbərlərimizi bir-birinin ardınca göndərdik. Hər ümmətə özlərinə Allah tərəfindən göndərilən peyğəmbəri gəldikdə, onlar onu təkzib etdilər. Belə olduqda, Biz də onları bir-birinin ardınca həlak edib və həlak edilmiş bu ümmətləri özlərindən sonra gələnlərin onlardan ibrət almaları üçün, Rəbbindən göndərilən peyğəmbərlərin gətirdiklərinə iman etməyən bir toplumun necə həlak edilməsinə dair insanların danışacaqları hekayələrə çevirdik.