Al-Mu'minun surəsi, ayə 45

23:45

ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٤٥

Thumma arsalnā mūsā wa akhāhu hārūna bi'āyātinā wasultānim mubīn

Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –

Təfsir

Sonra Musanı və qar­da­şı Harunu doqquz ayət: (Əsa, parlaq əl, çəyirtkə, bit, qurbağa, qan, tufan, qıtlıq illəri və nəhayət məhsulların azalması) və uca Allahın varlığına dəlalət edən açıq-ay­dın dəlillərlə göndərdik.