وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ ١٧
Walaqad khalaqnā fawqakum sab'a tarā'iqa wamā kunnā 'anil-khalqi ghāfilīn
Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatdan da xəbərsiz deyilik.
Təfsir
Ey İnsanlar! Həqiqətən Biz, sizin üzərinizdə bir-birinin üstündə qərar tutan yeddi qat göyü yaratdıq. Bununla belə Biz, yaratdıqlarımızdan əsla qafil olmadıq və onları əsla unutmadıq.