Al-Mu'minun surəsi, ayə 16

23:16

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ ١٦

Thumma innakum yawmal-qiyāmati tub'athūn

Sonra da Qiyamət günü dirildiləcəksiniz.

Təfsir

Sonra da siz, bu ölümün ardından, dünyada ikən etdiyiniz əməllərin hesabını vermək üçün Qiyamət günü qəbirlərinizdən dirildilərək çıxarılacaqsınız!