ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ٣
Alladhī khalaqa sab'a samāwātin tibāqam mā tarā fī khalqir-rahmāni min tafāwutin farji'il-basara hal tarā min futūr
Yeddi göyü bir-birinin üzərində yaradan Odur. Sən Rəhmanın yaratdığında bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi?
Təfsir
O Allah ki, yeddi göyü təbəqələr şəklində xəlq etmişdir. Bu təbəqələr bir-birinə toxunmadığı halda onlardan hər biri özündən əvvəlkinin üzərində yerləşir. Ey göyə baxan insan! Sən Allahın yaratdığında heç bir fərq və ya bir uyğunsuzluq görməzsən. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat, yaxud bir yarıq görürsənmi? Heç vaxt onu görə bilməzsən, əksinə, sən möhkəm və dəqiq biçimdə yaradılmış bir məxluq görəcəksən.