Al-Mujadilah surəsi, ayə 7

58:7

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ مَا يَكُونُ مِن نَّجۡوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمۡ وَلَا خَمۡسَةٍ إِلَّا هُوَ سَادِسُهُمۡ وَلَآ أَدۡنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكۡثَرَ إِلَّا هُوَ مَعَهُمۡ أَيۡنَ مَا كَانُواْۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ٧

Alam tara annallāha ya'lamu mā fis-samāwāti wamā fil-ardi mā yakūnu min najwā thalāthatin illā huwa rābi'uhum walā khamsatin illā huwa sādisuhum walā adnā min dhālika walā akthara illā huwa ma'ahum ayna mā kānū thumma yunabbi'uhum bimā 'amilū yawmal-qiyāmati innallāha bikulli shay'in 'alīm

(Ey Peyğəmbər!) Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi? Üç nəfərin gizli danışdığı yerdə dördüncüsü Odur. Beş nəfərin gizli danışdığı yerdə altıncısı Odur. İstər bundan az, istərsə də çox olsunlar, harada olursa olsunlar, Allah (elmi ilə) onlarladır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir.

Təfsir

Ey Peyğəmbər! Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsənmi?! Orada olanlardan heç bir şey Allaha gizli qalmaz. Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların dördüncüsü olmasın. Eləcə də, dörd nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, pak və müqəddəs Allah Öz elmi ilə onların beşincisi olmasın. İstər bu saydan az, istərsə də bundan çox olsunlar – harada olursa olsunlar, Allah Öz elmi ilə onların yanındadır. Onların söhbətlərindən heç bir şey Allahdan gizli qalmaz. Sonra qiyamət günü Allah onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.