Al-Mujadilah surəsi, ayə 6

58:6

يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ أَحۡصَىٰهُ ٱللَّهُ وَنَسُوهُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ٦

Yawma yab'athuhumullāhu jamī'an fayunabbi'uhum bimā 'amilū ahsāhullāhu wanasūhu wallāhu 'alā kulli shay'in shahīd

O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları (əməllərini bir-bir sayıb) hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir.

Təfsir

Allah onların hamısını dirildəcəyi gün onlardan heç biri qaçıb canını qurtara bilməyəcək və Allah onlara dünyada etdikləri pis əməllər barədə xəbər verəcəkdir. Allah onların əməlləini hesaba almış və o əməllərdən heç bir şeyi buraxmamışdır. Amma onlar etdikləri əməlləri unutmuşlar, lakin hamısını yazılı şəkildə, o əməllərin kiçiyini və böyüyünü qeyd almış əməl dəftərində görəcəklər. Allah hər şeydən xəbərdardır, onların əməllərindən heç bir şey Ona gizli qalmaz.