يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قِيلَ لَكُمۡ تَفَسَّحُواْ فِي ٱلۡمَجَٰلِسِ فَٱفۡسَحُواْ يَفۡسَحِ ٱللَّهُ لَكُمۡۖ وَإِذَا قِيلَ ٱنشُزُواْ فَٱنشُزُواْ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ١١
Yā'ayyuhal-ladhīna āmanū idhā qīla lakum tafassahū fil-majālisi fafsahū yafsahillāhu lakum wa idhā qīlanshuzū fanshuzū yarfa'illāhul-ladhīna āmanū minkum walladhīna ūtul-'ilma darajātin wallāhu bimā ta'malūna khabīr
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın. Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə qaldırar. Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirənlər və Onun buyuruqlarını yerinə yetirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə, yer verin. Allah da sizə dünya həyatınızda və axirətdə geniş yer verər. Habelə, sizə: “Qalxın filan yerlərdən ki, fəzilətli insanlar ora otursun!” – deyildikdə, qalxın. Uca Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə ucaldar. Allah nə etdiklərinizdən xəbərdardır, sizin əməllərinizdən heç bir şey Ondan gizli qalmaz və o, bu əməllərin əvəzini sizə verəcəkdir.