Al-Muddaththir surəsi, ayə 31

74:31

وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ٣١

Wamā ja'alnā ashāban-nāri illā malā'ikatan wamā ja'alnā 'iddatahum illā fitnatal lilladhīna kafarū liyastayqinal-ladhīna ūtul-kitāba wayazdādal-ladhīna āmanū īmānan walā yartābal-ladhīna ūtul-kitāba wal-mu'minūna waliyaqūlal-ladhīna fī qulūbihim maradun wal-kāfirūna mādhā arādallāhu bihādhā mathalan kadhālika yudillullāhu man yashā'u wayahdī man yashā'u wamā ya'lamu junūda rabbika illā huwa wamā hiya illā dhikrā lil-bashar

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.

Təfsir

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlar gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: "Allah bu məsəllə nə demək istəyir?" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.