فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ٨٥
Fa athābahumullāhu bimā qālū jannātin tajrī min tahtihal-anhāru khālidīna fīhā wadhālika jazā'ul-muhsinīn
Söylədikləri (bu) sözdən dolayı, Allah onlara (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər bəxş etdi. Yaxşı iş görənlərin mükafatı budur.
Təfsir
Allah onların imanlarına və haqqı etiraf etiklərinə görə, onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Haqqa tabe olub, heç bir qeydsiz və şərtsiz ona boyun əyənlərin mükafatı budur.