Al-Ma'idah surəsi, ayə 23

5:23

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٣

Qāla rajulāni minal-ladhīna yakhāfūna an'amallāhu 'alayhimadkhulū 'alayhimul-bāba fa idhā dakhaltumūhu fa innakum ghālibūna wa'alallāhi fatawakkalū in kuntum mu'minīn

(Allahdan) qorxanlar arasından Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz oradan daxil olsanız, mütləq qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

Təfsir

Allahdan və Onun əzabından qorxanlar arasından Alla­hın onları itaətinə müvəffəq etməklə nemət bəxş etdiyi Musanın əshabından iki kişi, qövmünü Musanın - aleyhissəlam - əmrinə tabeçilik göstərməyə həvəsləndirərək de­di: "Qüvvətli adamların üzərinə şəhərin qa­pı­sın­dan daxil olun. Əgər siz qapıdan keçib ora da­xil ol­sanız, Allahın izni ilə və Allah qələbəni Allaha imana və maddi vasitələrdən istifadə edərək səbəblərə bağladığı sünnəsinə inanaraq onlara mütləq qalib gələr­si­niz. Əgər siz həqiqi mömin­siniz­sə, tək Allaha etimad və tə­vək­kül edin!".