Al-Ma'arij surəsi, ayə 39

70:39

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ٣٩

Kallā innā khalaqnāhum mimmā ya'lamūn

Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən (bir qətrə nütfədən) xəlq etdik.

Təfsir

Bu iş heç də onların təsəvvür etdiyi kimi deyil. Biz onları bildikləri şeydən xəlq etmişik. Biz onları dəyərsiz nütfədən yartmışıq. Onlar özlərinə nə bir xeyir, nə də bir zərər verməyə qadir olmayan zəif məxluq olduqları bir halda, necə təkəbbür edirlər?!