Al-Ma'arij surəsi, ayə 34

70:34

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٣٤

Walladhīna hum 'alā salātihim yuhāfizūn

O kəslər ki, namazlarını qoruyarlar (namazlarını layiqincə əda edərlər).

Təfsir

O kəslər ki, namazlarını qoruyur - onları vaxtlı-vaxtında və lazımi qaydada, dəstəmazlı və rahat halda, başqa bir fikirlə ondan yayınmadan qılırlar.