Al-Kahf surəsi, ayə 82

18:82

وَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا ٨٢

Wa ammal-jidāru fakāna lighulāmayni yatīmayni fil-madīnati wakāna tahtahū kanzul lahumā wakāna abūhumā sālihan fa arāda rabbuka an yablughā ashuddahumā wayastakhrijā kanzahumā rahmatam mir rabbika wamā fa'altuhū 'an amrī dhālika ta'wīlu mā lam tasti' 'alayhi sabrā

Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”

Təfsir

Amma dağılıb uşmaq uzərə olan divarı düzəltmə səbəbindən inkar etdiyinə gəldikdə isə, o divar gəldiyimiz şəhərdə ata-anası ölmüş iki yetim oğlana aid idi. Bu divarın al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası ­saleh bir kimsə idi. Ey Musa! Rəbbin on­ların böyüyüb, həddi-buluğa çatmala­rını, həmən divarın altında gizlədimış onlara məxsus öz xəzinəni tapıb çıxartmalarını is­tə­di. Əgər divar indi dağılıb uçulsaydı, xəzinə ortaya çıxıb zay olub gedərdi. Bu, Rəbbinin onlara olan bir mərhəməti sayəsində idi. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Bunlar, sənin səbir edə bilmə­di­­yin şeylərin həqiqi yozumudur!"