قَالَ إِن سَأَلۡتُكَ عَن شَيۡءِۭ بَعۡدَهَا فَلَا تُصَٰحِبۡنِيۖ قَدۡ بَلَغۡتَ مِن لَّدُنِّي عُذۡرٗا ٧٦
Qāla in sa'altuka 'an shay'i ba'dahā falā tusāhibnī qad balaghta mil ladunnī 'udhrā
(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.
Təfsir
Musa - aleyhissəlam - dedi: "Əgər bundan sonra səndən hər hansı bir şey barəsində soruşsam, məni tərk et. Çünki sənin əmrinə üç dəfə müxalif olduğum üçün artıq məni atıb getməyə haqqın vardır".