أُوْلَٰٓئِكَ لَهُمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَيَلۡبَسُونَ ثِيَابًا خُضۡرٗا مِّن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۚ نِعۡمَ ٱلثَّوَابُ وَحَسُنَتۡ مُرۡتَفَقٗا ٣١
Ulā'ika lahum jannātu 'adnin tajrī min tahtihimul-anhāru yuhallawna fīhā min asāwira min dhahabin wayalbasūna thiyāban khudram min sundusin wa istabraqim muttaki'īna fīhā 'alal-arā'iki ni'math-thawābu wahasunat murtafaqā
Məhz onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!
Təfsir
İman edərək, saleh əməllər etməklə vəsf olunan o kimsələr üçün sarayları altından şirin dadlı Cənnət çayları axan, içində əbədi qalacaqları cənnətlər hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcək və üstləri gözəl bəzəklərlə bəzədilmiş taxtların üstündə dirsəklənəcəklər. Onlara verilən mükafat nə gözəl mükafatdır, içərisində qərar tutacaqları Cənnət nə necə də gözəl məskəndir!