وَتَحۡسَبُهُمۡ أَيۡقَاظٗا وَهُمۡ رُقُودٞۚ وَنُقَلِّبُهُمۡ ذَاتَ ٱلۡيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلۡبُهُم بَٰسِطٞ ذِرَاعَيۡهِ بِٱلۡوَصِيدِۚ لَوِ ٱطَّلَعۡتَ عَلَيۡهِمۡ لَوَلَّيۡتَ مِنۡهُمۡ فِرَارٗا وَلَمُلِئۡتَ مِنۡهُمۡ رُعۡبٗا ١٨
Watahsabuhum ayqāzan wahum ruqūdun wanuqallibuhum dhātal-yamīni wadhātash-shimāli wakalbuhum bāsitun dhirā'ayhi bil-wasīdi lawit-tala'ta 'alayhim lawallayta minhum firāran walamuli'ta minhum ru'bā
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.
Təfsir
Ey Əshabi-kəhfin əhvalatlarını oxuyan kimsə! Onlar yatmış ikən gözləri açıq olduğundan dolayı sən onları oyaq zənn edərdin. Halbuki onlar, sözün həqiqi mənasında yuxuya dalmışdılar. Onlar yuxuda ikən torpaq cəsədlərini çürütməsin deyə, Biz bəzən onları sağ tərəfə, bəzən də sol tərəfə çevirirdik. Onların iti isə mağaranın girəcəyində qabaq pəncələrini uzadaraq yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, onlardan qorxduğun üçün dönüb qaçardın və bu üzdən qəlbini dəhşət və qorxu bürüyərdi.