قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٨
Qul innal-mawtal-ladhī tafirrūna minhu fa innahū mulāqīkum thumma turaddūna ilā 'ālimil-ghaybi wash-shahādati fayunabbi'ukum bimā kuntum ta'malūn
(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Təfsir
Ey Peyğəmbər! O yəhudilərə belə de: “Qaçdığınız ölüm istər tez, istər gec, sizi mütləq haqlayacaqdır. Sonra qiyamət günü siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. Qeybdə və aşkarda olan heç bir şey Allaha gizli qalmaz. O, sizə dünyada etdiyiniz əməlləriniz barədə xəbər verəcək və sizə etdiklərinizin əvəzini verəcəkdir”.