Al-Jinn surəsi, ayə 6

72:6

وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا ٦

Wa annahū kāna rijālum minal-insi ya'ūdhūna birijālim minal-jinni fazādūhum rahaqā

Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.

Təfsir

Cahiliyyət dövründə insanlardan bəziləri qorxulu bir yerə getdikdə orada cinlərin bəzilərinə sığınırdılar. Onlardan bəzisi deyərdi: "Bu vadidə yaşayan tayfanın səfehlərinin şərindən onun seyyidinə sığınıram." Beləliklə də, həmin adamların cinlərdən olan qorxusu, o adamların ancaq azğınlığını artırırdı.