Al-Jinn surəsi, ayə 1

72:1

قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا ١

Qul ūhiya ilayya annahustama'a nafarum minal-jinni faqālū innā sami'nā qur'ānan 'ajabā

(Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!

Təfsir

Ey Peyğəmbər! Ümmətinə de: "Allah mənə vəhy etdi ki, bir dəstə cin xurma bağları olduğu bir vadidə oxuduğum Quranı dinlədi. Sonra onlar öz qövmünün yanına qayıdıb onlara dedilər: "Həqiqətən, biz aydınlıq və fəsahət baxımından heyrətamiz bir kəlam dinlədik!