إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّلۡمُؤۡمِنِينَ ٣
Inna fis-samāwāti wal-ardi la'āyātil lil-mu'minīn
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.
Təfsir
Həqiqətən, göylərdə və yerdə möminlər üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə işarə edən dəlillər vardır. Çünki dəlillərdən ibrət alanlar elə məhz möminlərdir.