وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥
Wa idhā tutlā 'alayhim āyātunā bayyinātim mā kāna hujjatahum illā an qālu'tū bi'ābā'inā in kuntum sādiqīn
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”– deməkdən başqa bir şey deyildir.
Təfsir
Öldükdən sonra yenidən dirilməyi inkar edən müşriklərə açıq-aydın ayələrimiz oxunduğu zaman onların Peyğəmbərə (səllallahu aleyhi və səlləm) və onun səhabələrinə gətirdiyi dəlili: “Əgər bizim öldükdən sonra diriləcəyimiz barədə olan iddianız doğrudursa, onda ölüb getmiş atalarımızı dirildin!” – deməkdən başqa bir şey deyildi.