قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٦
Qulillāhu yuhyīkum thumma yumītukum thumma yajma'ukum ilā yawmil-qiyāmati lā rayba fīhi walākinna aktharan-nāsi lā ya'lamūn
(Ey Peyğəmbər!) De: “Allah sizi dirildir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaq”. Lakin insanların çoxu (bunu) bilməz.
Təfsir
Ey Peyğəmbər! Onlara de: “Allah sizi yaradaraq sizə həyat verir, sonra sizi öldürür, sonra da sizi, haqq-hesaba çəkiləcəyiniz və əməllərinizin əvəzini alacağınız qiyamət günü dirildib bir yerə toplayacaq. O gün mütləq gələcəkdir, buna heç kimin şəkk-şübhə olmasın”. Lakin insanların çoxu bunu bilməz. Elə buna görə də saleh əməllər etməklə o gün üçün hazırlıq görmürlər.