وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٨٩
Walaqad sarrafnā lin-nāsi fī hādhal-qur'āni min kulli mathalin fa abā aktharun-nāsi illā kufūrā
Biz bu Quranda insanlar üçün hər cür misalı müfəssəl izah etdik. Lakin insanların əksəriyyəti yalnız küfrü seçdi.
Təfsir
Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah etdik. Lakin yenə də insanların çoxu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.