Al-Isra surəsi, ayə 83

17:83

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا ٨٣

Wa idhā an'amnā 'alal-insāni a'rada wana'ā bijānibihī wa idhā massahush-sharru kāna ya'ūsā

İnsana nemət verdiyimiz zaman üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.

Təfsir

Biz insana sağlamlıq və var-dövlət kimi nemətlər bəxş etdikdə bu zaman o təkəbbürlük edərək Allaha itaət və şükür etməkdən üz çevirib haqdan uzaqlaşar. Onun başına xəstəlik və yoxsulluq kimi bir müsibət gəldikdə isə ruhdan düşər və Allahın rəhmətindən ümüdünü üzər.